24 Noyabr 2021 12:10
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət sektorunda tədbirlər görülmürsə, irəli sürülən islahatlar necə nümunə ola bilər? Vətəndaşlarla ünsiyyətdə olan dövlət qurumları gender bərabərliyinin təsirini yaxşı anlamalıdırlar.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin İqtisadiyyat, mədəniyyət və mətbuat İşləri üzrə nümayəndəsi Zübeyde Oyan “Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum” vəsaitinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, dövlət qulluqçularının hamısı gender bərabərliyi konsepsiyaları üzrə anlayışları gücləndirilməlidir:

"Bu vəsait təkcə dövlət qulluqçuları, təhsil alanlar üçün deyil, həm də digər sektor nümayəndələri üçün faydalıdır. Düşünürəm ki, bu əməkdaşlıq Almaniya və Azərbaycan arasında faydalı əməkdaşlıq nümunələrindən olacaq"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər