24 Noyabr 2021 18:12
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi. Şəhidlər verdik, yaralılarımız oldu. Biz xalq olaraq vətən müharibəsində iştirak etdik. İllər boyu insanlar doğma yurd-yuvasından didərgin düşdü. İndi hər kəs öz torpağını görmək üçün səbrsizlənir. Təhlükəli vəziyyət olmasına baxmayaraq, insanlar oraya getməyə can atır.

Bunu Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O, vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər etmək üçün səbrli olmağa çağırıb:

“Ölkə başçısı tərəfindən orada geniş quruculuq işləri aparılır. Qarabağın, Şərqi Zəngəzurun bərpası prosesi gedir. Yollar salınır, infrastruktur yaradılır, yaşayış üçün şərait yaradıldıqdan sonra oraya gedib, yurd salmaq olar. Düşmən torpaqları tamamilə yandırıb, ərazilər minalanıb. Müharibədən sonra 280 nəfərə yaxın vətəndaşımız minaya düşüb. Bununla onlar özlərinin və ailələrinin həyatını təhlükəyə atırlar.

Ermənistan mina xəritələrini vermir, verdiyi xəritələr təhrif olunub. İşğaldan azad olunmuş ərazilər minalardan təmizlənmədən oraya getmək olmaz.

Aidiyyəti qurumlar dəfələrlə xəbərdarlıq edib. Amma bu kifayət etmir. Vətəndaş cəmiyyəti dövlət qurumlarının apardığı prosesə dəstək olmalıdır. Təbliğatı günişləndirməliyik, özümüzü qorumaqla yanaşı, orada xidmət göstərənlərin işini çətinləşdirməyək. 30 il səbr etdik, bir az da səbr edək. İnsanlar özləri bu prosesdə bir bir-birilərini çəkindirməlidir. Çox istərdim ki, insanlar məsuliyyətli olub, dövlətin bu istiqamətdə apardığı işlərə dəstək versinlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər