25 Noyabr 2021 00:45
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoyla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə E.Əmrullayev özünün tviterdəki səhifəsində məlumat yayıb.

“Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər