Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır. Bunun 98 430 nəfəri bakalavriat, 12051-o magistratura, 35892-si subbakalavriat üzrə təhsil alanlardır.
Teleqraf.com xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bunlardan 20200 nəfəri dövlət hesabına təhsil alır: "Onların 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavrdır. Təhsil haqqı ödəyənlər 126173 nəfərdir. Onlardan 80930-u bakalavr, 10851-i magistr, 34392 nəfəri subbakalavrdır. Onlar arasında TTK almaq hüququ olanlar 56208 nəfərdir. Onların isə 40465 nəfəri bakalavr, 5426 magistr, 10317 subbakalavrdır".