25 Noyabr 2021 13:16
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər tələbə universiteti bitirdikdən sonra Təhsil Tələbə Kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq.

Teleqraf.com xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bütün tələbələr təhsil haqqı ödəyib-ödəməməsindən asılı olmayaraq TTK ala bilər: "Təhsil haqqını ödədikdən sonra tələbə TTK üçün müraciət edə bilər. TTK vəsaiti təhsil müəssisinə köçürülürsə, təhsil müəssisəsi tələbənin təhsil haqqını onun təqaüd kartına yükləməlidir. TTK vəsaiti tələbənin təhsil haqqının miqdarından asılı deyil".

Nazir müavini əlavə edib ki, Tələbə Təhsil Kreditlərinin verilmə müddəti tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır.

Onun sözlərinə görə, kreditin qaytarılması müddəti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər. TTK verilən zaman girov və zəmanət tələb olunmur".

İdris İsayev vurğulayıb ki, ikinci dəfə ali təhsil alan tələbələr TTK-dan yararlana bilər: "Əgər tələbə daha əvvəl TTK almayıbsa, bu halda ikinci təhsildə TTK ala bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər