26 Noyabr 2021 11:39
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaz sızmaları ilə bağlı "Azəriqaz" vaxtaşırı yoxlama işləri aparılır. 80 saylı qərara əsasən, qaz yığılan mənbələrə il ərzində ən azı 6 aydan bir baxış keçirilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu il ərzində qaz sızması ilə bağlı ciddi hadisə qeydə alınmayıb: "Ümid edirik ki, bu qış vətəndaşlarımız qaz təchizatı ilə bağlı problem yaşamayacaqlar. Lakin dəm qazı artıq can almaqdadır. Burada vətəndaşın özünün məsuliyyəti olmalıdır.

"Azəriqaz" olaraq bununla bağlı daimi təbliğat, maarifləndirmə işləri aparırıq. Əgər abonent hər hansı problemlə üzləşirsə, bizə müraciət etsin. Bunun üçün "Azəriqaz"ın 104, 185 nömrələrinə, sosil şəbəkə səhifələrimizə müraciət edə bilərlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər