26 Noyabr 2021 12:11
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyi olaraq aldığımız qazın dəyərinin 100 faiz ödənişini həyata keçiririk. İstənilən təşkilata qazın satışını həyata keçirdikdən sonra 30 gün müddətində ödəniş etməlidir. Ödəniş olmadığı halda qərara əsasən, qazın verilişi dayandırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, "Azəristiliktəchizat" ASC-yə ödəniş etməsi üçün 15 dekabradək vaxt verilib: "Dövlət tərəfindən verilən tapşırığa görə, "Azəristiliktəchizat"a yardım olunur. Bu yardım hər ilin sonu, yəni noyabr ayında həyata keçirilir. Lakin hər qurum işini elə qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəyə bilsin.

"Azəristiliktəchizat"la abonent arasında bağlanmış müqaviləyə görə, onu istiliklə təmin etməlidir. Abonent üçün fərqi yoxdur qurumun qaz borcu var, yaxud qazı haradan alır...

"Azəristiliktəchizat"la müqaviləmizə əsasən qaz satışı həyata keçirilib, indi də məbləği tələb edirik. Hər ikimiz dövlət təşkilatı olduğumuz üçün güzəştə getdik. Onlara vaxt verildi ki, 15 dekabradək qazın sərfiyyatı ödənişini həyata keçirməlidirlər ki, il sonu problem yaşamayaq.

Buna baxmayaraq "Azəristiliktəchizat"a satdığımız qazın dəyərini topdansatışçıya ödəmişik. Çünki topdansatışçı bunu bizdən tələb edir. Məsələ 15 dekabradək öz həllini tapacaq. Ona qədər də "Azəristiliktəchizat" ASC ödəniş etməlidir, əks halda ona qazın verilişinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər