27 Noyabr 2021 21:35
310

Adətən corablarınızı çıxardığınız zaman topuqlarınızda qırmızı iz buraxdığını görüsünüz. Bu vəziyyəti 2-3 dəfə yaşamısınızsa, bunu corab rezinlərinin sıxlığı ilə əlaqələndirə bilərsiniz. Ancaq tez-tez eyni izlərlə qarşılaşırsınızsa, bu baş verə biləcək problemlərin xəbərçisi ola bilər.

Teleqraf.com xəbər verir ki, corabların ayaqda iz qoymasının bir neçə səbəbi ola bilər.
Yüksək təzyiq - ayaqlarınızda mayenin toplanması yüksək təzyiqə səəb ola bilər. Bu halda ürəkdə qan dövranı çətinləşir.

Ayaqlarda varikoz damarları - ayaqlarınızdakı damarlar zəiflədikdə ürəyinizə kifayət qədər sürətli qan göndərə bilmir. Daha sonra qan ayaq damarlarında yığılır və ağrılı şişliklərə səbəb olur varikoz damarları əmələ gəlir. Daimi olaraq ayağınızda və ya topuğunuzda corab izləri görürsünüzsə, bu damarlardan qanın ürəyə getməsinə mane olduğuna işarədir.

Bədəndə su çatışmazlığı - kifayət qədər su içməmək bədəndə su miqdarını azaldır, qan damarlarının işini zəiflədir. Zədələnmiş damarlar mayenin topuq və ayaqlarda toplanmasına şərait yaradır.

Bəzi dərmanların yan təsirləri - bəzi dərmanlar ayağın şişməsinə səbəb ola bilər. Məsələn, bəzi antidepresanlar və təzyiq dərmanları ayaqlarda narahat edici şişlik yarada bilər.

Əgər ayaqlarınızda daimi şişlik görürsünüzə, gündəlik duz qəbulunu minimuma endirin. Çəkinizə diqqət edin. Varikoz damar probleminiz varsa, corab seçərkən diqqətli olun. Uzun müddət oturaraq və ya ayaq üstə qalmaqdan çəkinin. Rahat ayaqqabı geyinməyə üstünlük verin.


Müəllif: Aysel Azad