29 Noyabr 2021 12:21
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı diş kariyesini ən çox yayılmış xroniki xəstəliklərdən biri kimi qeyd edir. Mütəxəssislər hesab edirlər ki, pandemiya mühitində ağız və diş sağlamlığına daha çox diqqət yetirilməlidir.

Teleqraf.com-un məlumatına görə, tədqiqatlar ağız gigiyenasına diqqət etməyən və diş əti problemi olanların COVID-19-u daha ağır keçirdiyini göstərir.

Koronavirusa yoluxma təkcə dadbilmənin itməsi deyil, diş ətinin qanaması, mövcud diş xəstəliklərinin şiddətlənməsi kimi problemlərə də səbəb olur. Bunun qarşısını almaq üçün isə düzgün ağız baxımı və dişlərin fırçalanmasına diqqət olunmalıdır. Vaxtında diş həkimi yoxlanışlarından keçmək də vacib şərtlərdəndir.


Müəllif: Aysel Azad