Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası”nı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu Qayda ölkə ərazisində peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyindən sağalaraq immunitetə malik olan şəxslərə verilən təsdiqedici sənədlərin beynəlxalq səviyyədə tanınması, habelə dövlətlər tərəfindən verilmiş COVID sənədlərinin Azərbaycan Respublikasında tanınması məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır və ölkə ərazisində həmin sertifikatların tanınması qaydasını müəyyən edir.
COVID sertifikatlarının tanınmasının məqsədi Azərbaycan Respublikasının vətəndaşlarının, xarici ölkələrin Azərbaycan Respublika sında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, ölkəmizdə daimi və müvəqqəti yaşayan, Azərbaycan Respublikasında qaçqın statusu almış, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sərbəst şəkildə ölkəyə girişinin, ölkədən çıxışının və tranzit səyahət etmələrinin təmin olunmasıdır.
COVID Sertifikatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVID-19 xəstəliyi ilə bağlı sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir. xarici COVID Sertifikatı xarici dövlətin səlahiyyətli orqanı tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVID-19 xəstəliyi ilə bağlı şəxsin sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir.
Müraciət şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) vasitəsilə sertifikatın əldə olunması üçün müraciətidir.
Azərbaycan Respublikasında COVID Sertifikatının verilməsi Portal üzərindən həyata keçirilir. COVID Sertifikatı müraciət edən şəxs barəsində Portala daxil edilmiş və ya avtomatik şəkildə generasiya olunan aşağıdakı məlumatlar əsasında formalaşdırılır:
- şəxsin COVID-19 xəstəliyinə qarşı peyvənd olunması, o cümlədən xarici ölkədə birinci doza peyvənd olunması;
- şəxsin COVID-19 xəstəliyi üçün PZR testin neqativ nəticəsi;
- şəxsin COVID-19 xəstəliyindən sağalaraq immunitetə malik olması;
- şəxsin peyvəndləməyə əks göstərişi.
Müraciət edən şəxs tərəfindən fərdi, o cümlədən sağlamlıq vəziyyəti barədə məlumatlarının istifadəsinə razılıq verilməsi şərtilə Portalda olan məlumatlardan COVID Sertifikatının formalaşdırılması məqsədilə istifadə olunur. Müraciət edən şəxsə dair fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunur. COVID Sertifikatına unikal elektron identifikator verilir və QR kodu yaradılır. Portalda fiziki şəxsin öz COVID Sertifikatının çapetmə cihazı vasitəsilə kağız daşıyıcıda nüsxəsini əldə etməsi üçün imkan yaradılmalıdır.
COVID sertifikatlarında aşağıdakı məlumatlar əks olunmalıdır:
- COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən Sertifikatda:
- Azərbaycan və ingilis dillərində sertifikat sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi;
- sertifikat sahibinin doğum tarixi;
- sertifikat sahibinin fərdi identifikasiya nömrəsi (olduğu halda) və sərhədkeçmə sənədinin nömrəsi;
- COVID-19-a qarşı peyvənd olunma (peyvənd haqqında məlumat, tibbi istifadə təlimatına uyğun olaraq peyvəndin dozaları, alınan peyvənd dozasının seriya nömrəsi və dozaların vurulma tarixi, peyvənd olunma ölkəsi, peyvənd statusu);
- sertifikatın unikal nömrəsi;
- sertifikatın etibarlılıq müddəti;
- sertifikatı verən dövlət;
- sertifikatı verən dövlət qurumu barədə məlumat.
Peyvəndləməyə əks göstərişi təsdiqləyən Sertifikatda:
- Azərbaycan və ingilis dillərində sertifikat sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi;
- sertifikat sahibinin doğum tarixi;
- sertifikat sahibinin fərdi identifikasiya nömrəsi (olduğu halda) və sərhədkeçmə sənədinin nömrəsi;
- sertifikatın unikal nömrəsi;
- sertifikatın qüvvədə olma müddəti;
- sertifikatı verən dövlət;
- sertifikatı verən dövlət qurumu barədə məlumat.
Neqativ PZR test nəticəsini əks etdirən Sertifikatda:
- Azərbaycan və ingilis dillərində sertifikat sahibinin soyadı, adı, atasının adı, cinsi;
- sertifikat sahibinin doğum tarixi;
- sertifikat sahibinin fərdi identifikasiya nömrəsi (olduğu halda);
- COVID-19 xəstəliyi üçün neqativ PZR testin nəticəsi (test, bioloji materialdan nümunə götürülmə tarixi və saatı, test nəticəsinin tarixi və saatı, tibb müəssisəsi barədə məlumat).
COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən Sertifikatda:
- Azərbaycan və ingilis dillərində sertifikat sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi;
- sertifikat sahibinin doğum tarixi;
- sertifikat sahibinin fərdi identifikasiya nömrəsi (olduğu halda) və sərhədkeçmə sənədinin nömrəsi;
- sertifikatın unikal nömrəsi;
- sertifikatın qüvvədə olma müddəti;
- sertifikatı verən dövlət;
- sertifikatı verən dövlət qurumu barədə məlumat;
- COVID-19 xəstəliyi üçün ilk pozitiv PZR testin tarixi;
- sertifikatın qüvvəyə minmə tarixi.
COVID sertifikatlarının etibarlılıq müddəti aşağıdakı kimidir:
- COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə – müddətsiz;
- COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə - 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda – müddətsiz;
- peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisə- lərinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə;
- neqativ PZR test nəticəsini əks etdirən sertifikat üzrə – 72 saat (nəticənin elan olunduğu saatdan).
- Xarici sertifikatların etibarlılıq müddəti xarici ölkələrin vətəndaş- larına və vətəndaşlığı olmayan şəxslərə münasibətdə beynəlxalq təcrübədə nəzərdə tutulmuş razılaşmalarla, Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə isə bu Qaydanın 5.1-ci bəndinə uyğun olaraq müəyyən edilir. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 14 gün sonra verilir. COVID sertifikatlarının elektron və onların kağız şəklində nüsxələri eyni hüquqi qüvvəyə malikdir. COVID sertifikatlarının formalaşdırılması və verilməsi beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğun olan və etibarlılığının təsdiqlənməsi zamanı qarşılıqlı əlaqəni təmin edən format və alqoritmlərdən istifadə etməklə həyata keçirilir. COVID sertifikatlarının və xarici sertifikatların etibarlılığını yoxlamaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq əməkdaşları sertifikatlarda göstərilən məlumatlara, həmçinin müşayiətedici sənədlərdəki məlumatlara (təqdimatı lazım olduqda) daxil olmaq hüququna malikdirlər, lakin bu məlumatları qeydə ala və hər hansı məlumat bazasında saxlaya bilməzlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi elektron informasiyanın qarşılıqlı əlaqəsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini COVID sertifikatlarının etibarlılığının müəyyən olunması üçün proqram təminatı ilə təmin edir və aidiyyəti informasiya sistemləri ilə inteqrasiya əsasında zəruri məlumatları ötürür.
COVID sertifikatı aşağıdakı hallarda verilmir:
- müraciət edən şəxs fərdi, o cümlədən sağlamlığının vəziyyəti barədə məlumatlarının ötürülməsinə və yayılmasına razılıq vermədikdə;
- müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi müraciət edən zaman onun səlahiyyətli nümayəndə olduğu barədə məlumatlar Portalda göstərilmədikdə;
- COVID sertifikatını formalaşdırmaq üçün tələb olunan fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatlar olmadıqda.
Fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatların olmaması səbəbindən COVID Sertifikatının verilməsindən imtina edilməsi barədə bildiriş avtomatik olaraq Portal vasitəsilə müraciət edən şəxsə göndərilir. Şəxsin istəyi ilə həmin bildiriş tibb müəssisəsi tərəfindən kağız daşıyıcıda verilə bilər.