29 Noyabr 2021 23:12
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Respublikasının təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri Peter Mixalko ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə E.Əmrullayev özünün tviterdəki səhifəsində bildirib.

Görüşdə nazirliklə Aİ arasında təhsil sahəsində əməkdaşlıq diqqət mərkəzində olub.

“Bu gün biz Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Peter Mixalko ilə görüşdük. Görüş zamanı Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”, - nazir qeyd edib.


Müəllif: Teleqraf.com