29 Noyabr 2021 23:57
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda polis, mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib

"Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunmaqla barələrində inzibati tənbeh tədbirləri tətbiq olunur.

Tədbirlər davam etdirilir. Vətəndaşları qayda və tələblərə əməl etməyə çağırırıq", - nazirlik rəsmisi əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər