30 Noyabr 2021 17:55
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 10:40 radələrində Xızıda yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçisi, tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son paylaşımı sosial mediada yayılıb.

Teleqraf.com xəbər verir ki, mərhumun votsap statusunu dostu Elşad Qaraca Feysbukda paylaşıb.

Fotonun qəzadan 13 dəqiqə əvvəl saat 10:27-də paylaşdığı məlum olub.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com