1 Dekabr 2021 13:22
200

Biz silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

DSX rəisi şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib: “Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar”.


Müəllif: Teleqraf.com