2 Dekabr 2021 11:23
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konsepsiyalar və mədəniyyətlər arasında əməkdaşlıq olmalıdır. 44 gün davam edən müharibədə Azərbaycan qalib gəldi. Azərbaycan prezidenti münaqişəni sülh yolu ilə həll etmək istəyirdi.

Teleqraf.com xəbər verir ki bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 2-də ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda (“Peace4Culture” Partners Forum) çıxış edərkən deyib.

O, qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi:

"İşğaldan azad olunmuş torpaqlarımıza səfər edəndə biz gözlərimizə inanmadıq. Mədəni irs tamamilə dağıdılmışdı. Biz buna beynəlxalq təşkilatları cəlb etmişdik. Eyni zamanda azad edilən ərazilərə faktaraşdırıcı missiya təşkil etməsi üçün YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. YUNESKO-nun Azərbaycanı seçməsi digər üzvlərinin ona etibarını göstərdi. İstəyirik ki, sülh konsepsiyası cənubi Qafqazdandan kənara çıxsın. Əsrlərlə yaratdığınız mədəni mühiti dünyaya yaymaq istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər