2 Dekabr 2021 11:44
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naminə sülh forumu və sülh anlayışı kifayət qədər yeni təşəbbüsdür. Bu ilin yanvar ayında bu konsepsiya yarandı. İşğaldan azad olunmuş ərazilərə səfər edəndə dağıntılatın miqyasını gördük. Bu dağıntılar insanların içindəki nifrətlə əlaqəlidir. Mədəniyyətin canlanması üçün bölgədə dayanıqlı sülh lazımdır. Sülh lazımdır ki, o mədəniyyət yenidən çiçəklənsin. Bu, eyni zamanda münasibətlərin yenidən bərpa olunmasına imkan yarada bilər.

Teleqraf.com xəbər verir ki bu sözləri “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

"Biz sülhün mədəniyyətin inkişafına verə biləcəyi töhfə haqqında düşünürük. Azərbaycan sülh üçün yalnız təklif irəli sürmür, bu istiqamətdə real addımlar da atır. Biz inanırıq ki, sülh və mədəniyyətlər anlayışları arasında qarşılıqlı əlaqə var. Xüsusilə postmünaqişə zonalarında. Bu, eyni zamanda münasibətlərin yenidən bərpa olunmasına imkan yarada bilər" , - nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər