2 Dekabr 2021 13:44
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə 4400-dən artıq məktəb var, son 10 il ərzində bu məktəblərin 3500-ə qədəri yararlı vəziyyətə gətirilib. Hər il həm Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən məktəblərin bərpası, tikintisi və təmiri prosesi həyata keçirilir. Rəqəmlərdən göründüyü kimi, yararsız olan məktəblər var və bunlardan xəbərdarıq.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, istifadəyə yararsız məktəblərin təmiri növbəli və prioritetlik əsasında, coğrafi paylanmanı nəzərə almaqla həyata keçiriləcək.

Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin tikintisi davam etdirilir: "Hesab edirəm ki, bu məktəblər şəhərdə olan insan yükünü azaltmağa, məcburi köçkün məktəblərinin geri qaytarılması prosesinə, məktəb infrastrukturunun daha da yaxşılaşdırımasına xidmət edəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər