İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığanın sözlərinə görə, mədəniyyət daha geniş mahiyyətə malikdir, bir mədəni sistem qurmaq asan iş deyil, onun formalaşması əsrlər çəkir.
Teleqraf.com xəbər verir ki, türkiyəli filosof bu barədə Mədəniyyət naminə sülh” qlobal
kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
O, bildirib ki, İslam fəlsəfəsində başqa dinlərə və mədəniyyətlərə hörmətsizlik yolverilməzdir:
"İslam dini bizə sülh içində yaşamağı təlqin edir. Biz sülhü zədələyən hər şeydən uzaq durmalıyıq. Bu gün dünyəvi mədəniyyət yaratmaq üçün əlimizdə kifayət qədər imkanlar var. Dünyəvi sülh üçün ilk növbədə dünyəvi mədəniyyətə sahib olmalıyıq. Biz bütün mədəniyyətlərdən ortaq bir mədəniyyət qurmağa çalışmalıyıq ki, sülh anlayışını yaya bilək".