Bu gün ümumilikdə cəzaçəkmə müəssisələrində 114 məhkum azadlığa buraxılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Aynur Sabitova bildirib.
Aynur Sabitova deyib ki, bu, dekabrın 1-dək 1787 məhkuma şamil edilib:
"Onlardan 34-ü qadın, 2-i yetkinlik yaşına, 60 nəfər isə 60 yaşına çatmayan şəxslərdir. 1391 məhkum bu günə kimi azad edilib. Onlardan 1203 məhkum cəzaçəkmə müəssisəsindən azad edilib. 368 məhkum isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilib.
Qeyd edək ki, Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir.