3 Dekabr 2021 12:17
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən amnistiya şamil edilən 7 nəfər azad edilib.

Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin şəxslərə amnistiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bu cəzaçəkmə müəssisəsindən amnistiya aktının icrası zamanı azadlığa buraxılan Tahir Muxtarov bildirib ki, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan mərhum edilib: "Cəzamın 2 il 6 ayını başa vurmuşam. İndi azadlığa buraxılmışam. Bu amnistiya aktının qəbul edilməsinə, mənə də şamil olmasına çox sevindim. Bu gün mən azadlığıma qovuşursan. Bu mənim üçün çox sevindiricidir. Allah şəhidlərimizə də rəhmət eləsin".

Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnistiya aktı tətbiq edilib.

Xatırladaq ki, 5 noyabr tarixindən başlayan amnistiya 4 ay müddətində davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər