3 Dekabr 2021 12:58
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən amnistiya şamil edilən 6 nəfər azad edilib.

Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

Qeyd edib ki, bu müəssisədən bu gün ümumilikdə 7 nəfər məhkuma amnistiya aktı tətbiq olunub: "Onlardan biri narkomaniyadan müalicəyə göndərilib. Müalicəsi başa çatdıqdan sonra həmin şəxs də azad olunacaq".

Azadlığa buraxılan məhkumlar deyiblər ki, törətdikləri əməldən peşmandırlar. Onlar bir də cinayət törətmşyəcəklərini bildiriblər.

Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib.

Xatırladaq ki, 5 noyabr tarixindən başlayan Amnistiya 4 ay müddətində davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov