Dekabrın 4-də paytaxtda ümumşəhər sanitar günü keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, həyata keçirilən sanitar tədbirlərdə kommunal xidmətlərin xüsusi texnikaları, qurumların əməkdaşları ilə yanaşı paytaxt sakinləri, sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.
Gün ərzində həyata keçirilən işlər zamanı 550 küçə dezinfeksiya olunub.