Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Azərbaycanın könüllülər hərəkatı üzvlərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə özünün tviterdəki səhifəsində yazıb.
“Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycanda könüllülər hərəkatının bütün üzvlərini ürəkdən təbrik edir, mədəniyyətimizin inkişafı və tərəqqisi naminə fəaliyyətlərində uğurlar arzu edirəm. Biz birlikdə güclüyük”, - nazir qeyd edib.