6 Dekabr 2021 11:24
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurutuluş savaşından sonra türk dünyası üçün ən böyük zəfərdir. Bu, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qələbəsidir.

Teleqraf.com xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.

O bildirib ki, Qarabağ müharibəsini 44 gün müddətində yaxından izləyib: "Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, tarixi səbəbilə bütün türk dünyasının mədəniyyət paytaxtı olacaq. Mən söz vermişdim ki, Şuşaya gedib namaz qılacam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər