6 Dekabr 2021 13:12
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa qaranlıq dövrünü yaşayanda türk dünyası elm mərkəzi idi.

Teleqraf.com xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.

"Avropa elmdə intibah keçirdikdə, türk dünyası inkişafdan geri qaldı. Bu gün niyə elmdə inkişaf etmirik sualına cavab olaraq Qərb bizə mane olur kimi bəhanə gətirə bilmərik.

Bizim böyük potensialımız, insan resurslarımız var. Elmə diqqət ayırmalı, övladlarımızı təhsilə cəlb etməliyik. Xüsusilə praktiki dərslər vacibdir. Bu gün türk dünyasının elmdə geri qalmasının səbəbini bilmirəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər