6 Dekabr 2021 15:05
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

O bildirib ki, Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb: "Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Bu günə qədər amnistiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib".

Elnur Musayevin sözlərinə görə, məhkumlar yaş qrupuna da bölünüb: “Amnistiya ən çox 31-40 yaşında olanlara tətbiq edilib. Qadınlar arasında isə Amnistiya Aktı ən çox 41-50 yaşda olanlara şamil edilib”.

Elnur Musayev bildirib ki, kişilər arasında Amnistiya Aktı ən çox müxtəlif tipli cəzaçəkmə müəssisələrində saxlanılanlara tətbiq olunub.

İdarə rəisi deyib ki, xarici vətəndaşlara arasında Amnistiya Aktı ən çox Gürcüstan vətəndaşlarına tətbiq edilib, ümumilikdə 16 xarici ölkə vətəndaşına Amnistiya Aktı tətbiq olunub.

Elnur Musayev əlavə edib ki, Amnistiya Aktı ilə ümumilikdə 1 921 şəxs artıq azadlığıa buraxılıb.

“Ən çox Amnistiya Aktı Bakı şəhərində tətbiq edilir. Daha sonra Salyan, Sumqayıt, Xırdalan, Gəncə və s. rayon və şəhərlərdə Amnistiya Aktı tətbiq edilir” - Elnur Həsənov vurğulayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər