6 Dekabr 2021 22:56
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 200 doza miqdarında koronavirus peyvəndi bağışlanıb.

Bu barədə Teleqraf.com Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso (400 min doza “Sinovak”) və Toqoya ( 211 200 doza “Sinopharm”) hədiyyə olaraq çatdırılıb Toqoya çatdırılıb.

Bağışlanan vaksinlərin Türkiyə (200 min doza “Sinovac”), Azərbaycan (100 min doza “Sinovac”), Özbəkistan (100 min doza “Sinovac”) və Macarıstan (211 200 doza “Sinopharm”) tərəfindən ayrıldığı bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər