8 Dekabr 2021 11:00
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova ilə vida mərasimi bu gün Bakıda Təzə Pir məscidində keçiriləcək.

Bu barədə Teleqraf.com-a Tarix İnstitutunun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, tarixçi alim öz vəsiyyətinə uyğun olaraq Salyan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, F.Məmmədova bu gün 85 yaşında dünyasını dəyişib.

* * *

10:22

Azərbaycanın məşhur tarixçi alimi, AMEA Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova vəfat edib.

Bu barədə Teleqraf.com-a AMEA-nın Tarix İnstitutundan məlumat verilib.

O, 85 yaşında dünyasını dəyişib.

F.Məmmədova 1936-ci il avqustun 8-də Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cu ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlamış, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.

1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub. qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.

1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlık, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü, 1993-ci ildə AMEA tarix elmləri doktoru, 2001-ci ilda AMEA müxbir üzvü seçilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən üç dildə nəşr olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” (№ 1, Bakı, 2019) və (№ 2, Bakı, 2021) adlı məqalələr toplusunun elmi redaktoru və 2 məqalənin müəllifidir.

Azərbaycan dövləti elmi fəaliyyətini yüksək qiymətləndirərək “Tərifnamə” (1980), “Azərbaycan Respublikasının əməkdar elm xadimi” (1990), Respublikanın Dövlət mükafatına layiq görüb, “Şöhrət” (2004) ordeni, “Y.Məmmədəliyev”, “Nizami”, “Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi” adına medallar ilə, “Qızıl qələm” ilə təltif edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər