8 Dekabr 2021 11:22
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda bir neçə min tələbə ölkədə fəaliyyət göstərən müxtəlif peşə təhsili müəssisələrində kurslara cəlb olunublar. Peşə təhsili kurslarına cəlb edilən şəxslər 3-6 ay ərzində işlə təmin oluna bilirlər".

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişafı Forumunda təhsil naziri Emin Əmirullayev deyib.

O bildirib ki, kadr hazırlıqlarını sürətləndirməyə çalışmalıyıq: "Bir tərəfdən məşğulluq sahələri olmalıdır ki, kadrlar hazırlansın. Bir tərəfdən də cəmiyyətin böyük hissəsi bacarıqlıdırsa, həmin şəxslər o yerlərdə qərarlaşmalıdır ki, bu da iqtisadiyyata müsbət təsir deməkdir. Bu gün peşə təhsili sahəsində İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə tədbirlər görürlər. Bundan başqa, ölkədə dayanıqlı məşğulluq yaratmaq üçün bir sıra layihələr, dövlət proqramlarının icrasını asanlaşdıracaq yollar müzakirə edilə bilər ki, bu da bir çox suallara cavab tapılmasına kömək edəcək".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər