"Ölkə başçısının tapşırıqları üzrə "Kənd gənclərinin peşəkar inkişafı" və "Gənclərin elektron inkişafı" planı istiqamətində tədbirlər görülür".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişafı Forumunda gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir qeyd edib ki, gənclərin bilik və bacarıqlarının inkişafı istiqamətində aidiyyəti qurumlarla yanaşı nazirlik tərəfindən də bir sıra layihələr həyata keçirilir:
"Müasir bazar münasibətlərində karyera sahəsində tələblər dəyişir və bu da əmək bazarında rəqabət yaradır. Bu zaman əmək bazarına yeni addım atan gənclər bir sıra ziddiyətli proseslərlə qarşılaşa bilərlər. Cəmiyyətin daim transformasiya olunduğunu və əmək bazarında rəqabətlərin artdığını unutmaq olmaz".