"YAŞAT" Fondunun əsas fəaliyyətlərindən biri də tibbi xidmətlərlə bağlı idi. Biz də ilk gündən etibarən kordinasiyalı şəkildə çalışdıq. Şəhid ailələri və qazilərin tibbi xidmətlərini təmin etmək üçün bütün cəhdlərimizi səfərbər etmişik.
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) direktoru Zaur Əliyev "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, quruma daxil olan müraciətlər əsasında 9 ay ərzində 7051 şəxsə 9143 tibbi xidmət göstərilib: "Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3012 və yaralıların 2525 müraciəti olmaqla ümumilikdə 5537 müraciət təmin edilib. 321 qazi cərrahiyyə əməliyyatı edilib. 600 şəhid ailəsi və 1600 qaziyə psixoloji xidmət göstərilib".