Caliber komandası Ordumuzun düşmən təxribatına cavab olaraq 14-16 noyabr tarixli əməliyyatlar haqda maraqlı süjet yayıb.
Teleqraf.com xəbər verir ki, kanal əməkdaşları sözügedən ərazidə olublar və ermənilərdən geri alınan postda düşmən əsgərlərinin atıb-qaçdıqları əşyalar içərisində ASALA terror təşkilatına aid “gerb” və yazılar aşkarlayıblar.
Süjetdə ərazinin relyefi, hazırda Ordumuzun dayandığı strateji yüksəkliklər də göstərilib.