10 Dekabr 2021 12:28
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün parlamentdə “Media haqqında” qanununun layihəsinə dair müzakirəsini aparacağıq. “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Bu qanun Azərbaycan mediasının inkişafı, rekert mediasının normal mediadan ayrılması, peşəkar jurnalistlərin peşəkar şəkildə fəaliyyət göstərməsi üçün nəzərdə tutulub.

Bunu Teleqraf.com-a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Onun sözlərinə görə, yeni qanun Azərbaycan mediasının inkişafı üçün fərqli imkan və mərhələ deməkdir:

“Azərbaycan mediası ilə bağlı qanunvecicilik bazası olduqca dağınıq vəziyyətdədir. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Hazırda qanun qəbul olunmayıb. Bu dağınıqlığı qanunvecici bazada qaydaya salmaq üçün bəndlər nəzərdə tutulub. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir, eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir”.

Rauf Arifoğlu hesab edir ki, “Media haqqında” qanunun qəbulundan sonra Azərbaycan mediasının dirçəlməsi, inkişafı üçün ciddi addımlar atılacaq: “Bu qanunla Azərbaycan mediasının müəyyən müddət ərzində vergilərdən azad olunması üçün ciddi addımlar atılacaq. Köhnə qanunda media yox idi. Yeni qanunda media nədir, jurnalist kimdir kimi suallara aydın və dəqiq cavab verilib. Statuslar, səlahiyyətlər bölgüsü aparılıb, sərhədlər müəyyənləşdirilib.

Yeni qanunda vahid reyster xidmətinin də olması da nəzərdə tutulur. Jurnalist vəsiqələrinin vahid reysterdə qeydiyyatda olması Azərbaycan xəbər məkanında, jurnalistikadakı pinti halın, rekert jurnalistikasının aradan qaldırılmasını hədəfləyən və onu nəzərdə tutan vəziyyətdir.

Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsinə gətirəcək. Bu qanun media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunmasını təmin edəcək. Media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər