10 Dekabr 2021 16:04
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Ukraynadakı səfiri Alişer Kurmanov Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədovu qəbul edib.

Teleqraf.com xəbər verir ki, səfir görüşdə Ukraynada yaşayan azsaylı xalqların təşkilatlanmasının önəmindən danışıb. Diplomat birgə layihələrin təşkilinin vacibliyini də vurğulayıb.

Səfir bildirib ki, diaspor təşkilatlarının əsas məqsədlərindən biri də soydaşlar üçün mədəniyyət mərkəzləri kimi fəaliyyət göstərmək və onların yaşadıqları ölkədə assimilyasiya olmadan doğru inteqrasiya olmalarına dəstək olmaqdır. Son illərdə ölkələrimiz arasındakı qarşılıqlı dostluq əlaqələrinin yüksələn dinamika ilə inkişaf etdiyinə diqqət çəkən Alişer Kurmanov qeyd edib ki, diaspordaxili və diasporlararası kommunikasiyaların artması mədəniyyət birliyindən iqtisadi birliyə keçid üçün əlverişli şərait formalaşdırır.

Qəbula görə Özbəkistan səfirinə təşəkkür edən UAR baş katibi Ceyhun Məmmədov türkdilli diaspor təşkilatları ilə hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirib. Məmmədov qeyd edib ki, UAR bütün imkanları ilə milli-mədəni layihələrin hazırlanıb həyata keçirilməsinə dəstək verəcək.

Ceyhun Məmmədov bildirib ki, qarşıdan gələn Novruz bayramını türkdilli xalqlarla bərabər qeyd etmək üçün tədbirlər planı hazırlanır.

Səfirliyin birinci katibi Abdurahman Mahmudovun da iştirak ettiyi görüş Azərbaycan-Özbəkistan mədəniyyətləri haqqında qarşılıqlı müzakirələrlə davam edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər