İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün xüsusi təlim keçmiş itlər cəlb olunub.
Bunu Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun xidməti itlərinin artırılması və yetişdirilməsi şöbəsinin rəisi baş leytenant Qocayev deyib.
O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xidməti itlərdən 5 istiqamətdə istifadə olunur.
“Buraya partlayıcı maddələr, minaaxtarışı, cəsəd axtarışı, insan axtarışı və mühafizə itləri daxildir. 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərə xüsusi riskli xilasetmə xidmətinin istehkamçıları ilə birgə minaların tez təmizlənməsi üçün xüsusi təlim keçmiş itlər də cəlb olundu”, - deyə o bildirib.