Tez-tez qırılan dırnaqlar, soyulan dırnaq boyaları əllərinizdə xoş görüntü yaratmır. Bunun qarşısını almaq üçün əl baxımı mütləqdir.
Teleqraf.com dırnaq və dırnaq ətinizi gücləndirəcək 5 ən yaxşı üsulu təqdim edir.
Kakos yağı – yaxşı antioksidantdır. Antibakterial və göbələyə qarşı antifunqal olması xüsusiyyəti dırnaqlarınızın daha sağlam qalmasına kömək edir. Yağı dırnaq və dırnaq ətrafındakı dəriyə sürdükdən sonra masaj etmək kifayətdir.
Çay ağacı yağı - antiseptik və antifunqal xüsusiyyətləri olan bu yağ çox güclü efir yağıdır. İstifadə zamanı zeytun yağı kimi bitki yağları ilə qarışdırılması tövsiyə olunur. Əks halda dərinin qıcıqlanmasına səbəb ola bilər. 2 çay qaşığı zeytun yağı və 2 damcı çay ağacı yağı qarışlıb, təmizlənmiş boyasız dırnaq və dırnaq ətinə masaj edilərək bir neçə dəqiqə çəkilir.
E vitamin – dırnağın kökünü gücləndirir. Dırnaq, saç və dərinizi qidalandırmaq üçün tərkibində E vitamini olan qidalardan da istifadə etməyini tövsiyə olunur. Bundan əlavə, E vitamini yağını birbaşa dırnaq və dırnaq dibinə çəkə bilərsiniz.
Alma sirkəsi - dırnaqları hamarlamaq və yumşaltmaq üçün ideal təbii məhsullardan biridir. Dırnaqların daha sürətli uzanmasına kömək edir. Bir stəkan isti suya bir xörək qaşığı sirkə əlavə edib, hər gün dırnaqlarınıza çəkin.
Zeytun yağı - dırnaqları nəmləndirən və qidalandıran ən yaxşı yağlardan biridir. ni təşkil edir. E vitamini ilə zəngindir. Dırnaqlara ilıq zeytun yağı çəkib, 5-10 dəqiqə masaj etməyiniz kifayətdir.
Badam yağı - A, B və E vitaminləri ilə zəngindirş Dırnaqları bərpa edir, nəmləndirir, qidalandırır və yumşaldır. Dırnaq və ətraf dəriyə ilıq badam yağı çəkib və 2-3 dəqiqə masaj edin.
Jojoba yağı- tərkibi bir neçə növ yağ turşuları, antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Bu da dırnaqları daha güclü edir. Dırnaq və ətraf dəriyə ilıq jojoba yağı çəkib, 2-3 dəqiqə masaj etməyini kifayətdir.