13 Dekabr 2021 10:50
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Nəsimi rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib.

***

10:38

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Teleqraf.com-a agentlikdən məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - agentlikdən bildirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər