Yaşayış binalarının zirsəmisində olan obyektlərin 23:00-dan sonra işləməsinə icazə verilməyəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Yeni normalara əsasən, insanlara zərərli təsir göstərən aşağıdakı obyektlər istisna olmaqla, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilir:
- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;
- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;
- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;
- ixtisaslaşmış balıq mağazaları;
- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;
- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;