15 Dekabr 2021 09:23
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ uşaqlıqdan bu sual hamımızı düşündürüb: görəsən itlər və ya pişiklər bizim dilimizi başa düşürmü?

Teleqraf.com xəbər verir ki, kanadalı mütəxəssislər müxtəlif it cinslərindən olan 165 iti ev heyvanlarının başa düşdüyü fərqli söz və ifadələrlə test ediblər. Alimlərin qənaətinə görə, itlər orta hesabla 89 söz və ifadəni anlaya bilir.

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri də ən ağıllı itlərin 215-ə qədər sözü başa düşməsidir. Mütəxəssislərin fikrincə, müxtəlif araşdırmalar və üsullarla itin ünsiyyət bacarıqlarını daha da inkişaf etdirmək mümkündür.

Bəs hansı it cinsləri digərlərindən daha ağıllıdır?

Tədqiqatlar nəticəsində məlum olub ki, Avstraliya, Border Kolli, Kardigan Velş Korqi, Miniatür Amerika, Şotlandiyavə Alman Çoban itləri siyahıda ilk pillədə dayanırlar.

Tədqiqatçılar bildiriblər ki, itlərin cavab verdiyi sözlərin sayındakı fərqlərin cinslər arasında nəzərəçarpacaq fərqlə bağlı olub-olmaması üzərində araşdırmalar davam edir.

Əslində bu, 20-ci əsrin əvvəllərindən bəri tədqiqatçılar itlərin insanlarla necə ünsiyyət qurduğunu yaxından öyrəniblər. 1928-ci ildə psixoloqlar Varden və Varner itin əmrlərə cavab vermək qabiliyyətini Alman it Fellov üzərində öyrəniblər.

Bu itin təxminən 68 söz və ifadəyə cavab verdiyi qeydə alınıb.

Bəs itlər hansı ifadələri başa düşürlər?

İtlər gün ərzində onların yanında istifadə olunan bir çox söz və ifadələri başa düşürlər. Bunlar “sağ ol, ev, su gətir, sümük, harada?, otur, fırlan, yeri, günahkar, bağça, acsan?, gecən xeyrə, top, it, get, yemək ye, dişləmək olmaz, get al, yaxşı, mətbəx, səni sevirəm, pişik, çox gözəl, boşqab, zibil, oyun, çöl, yemək yemək olmaz, hamam, ip” kimi sözlərdir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər