17 Noyabr 2014 18:07
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

Səfir Vladimir Doroxin qeyd edib ki, Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkədir. O, ölkələrimiz arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər