18 Noyabr 2014 00:31
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Syerra-Leonedə "Ebola" virusuna yoluxmuş cərrah ABŞ-da dünyasını dəyişib.

Teleqraf.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, 44 yaşlı Martin Selia Nebraska ştatının Universiteti nəzdindəki tibb mərkəzində (Omaha şəhəri) müalicə alırdı.

O, Syerra-Leone vətəndaşı olsa da, ABŞ-da daimi yaşamaq üçün icazəsi var idi.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Ebola" virusundan ölənlərin sayı 5 mini ötüb. Ən çox ölüm halları Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınır.


Müəllif:

Oxşar xəbərlər