16 Dekabr 2021 10:31
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır".

Teleqraf.com-un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərini bərpa etmiş bir dövlətdir: "Bu, bir-iki günün işi deyil. Bu qələbə çox böyük qələbədir. Qalib xalq, Müzəffər Ali Baş Komandan sözlərini elə-belə yerə demirəm. 44 gün ərzində vəhşicəsinə olan bir işğala son verildi. Onların ötən əsrin 90-cı illərində etdiyi vəhşiliklərin üstü indi açılır. Onların verdiyi mina xəritələri də tam dəqiq deyil".

"Azad edilmiş ərazilərdə indi quruculuq işləri aparılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, minatəmizləmə əməliyyatları ilə bağlı alay yaradılıb, avadanlıqlar alınıb, xüsusi itlər hazırlanır. Min illərdir ki, həmin ərazilər Azərbaycan torpağıdır", - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər