16 Dekabr 2021 10:40
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq".

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: "Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlara işlər aparılır".

Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: "Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər