15 Dekabr 2021 22:34
255
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illərdə məktəblilərin tibbi müayinələrinin nəticələri göstərir ki, məktəblilərin sağlamlıq vəziyyəti məktəbdaxili mühitdən ciddi şəkildə asılıdır”.

Azərbaycan Tibb Universiteti Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası baş laborantı Nərminə Cəfərzadənin sözlərinə görə, yeni təhsil texnologiyalarının tədrisə tətbiqi nəticəsində şagirdlər oyaq vaxtının 25%-ni parta arxasında oturaq vəziyyətdə keçirirlər. Bu şəkildə davam edən hərəkət məhdudiyyəti şagirdlərdə məktəbi bitirərkən fiziki inkişaf, görmə, eşitmə, qamət, ürək qan damar, həzm, tənəffüs və sidik cinsiyyət orqanlarında ciddi dəyişikliklərin yaranmasına gətirib çıxarır. Qanın orqan və toxumalara axın sürəti zəifləyir, 200-ə qədər əzələ işləmir.

“Sağlam təhsil” siniflərində istifadə olunan həm oturaq, həm də ayaqüstü mebel onların boyuna uyğun olaraq tənzimlənir. Şagird həm oturaq həm də ayaqüstü iş masası arxasında düzgün dayandıqda iş qabiliyyətini uzun müddət yüksək səviyyədə saxlayaraq normaq fiziki və zehni inkişafını təmin etmiş olur. Masaların üst səthinin 160 bucaq altında maililiyi işçi səth ilə görmə üzvü arasındakı 30-35 sm məsafənin gözlənilməsini təmin edir, bu da şagirdlərdə başın həddən artıq aşağı əyilməsinin və çiyinlərin enməsinin qarşısını alır, qaməti düzgün formalaşdırır və görmə üzvünün yüklənməməsinə şərait yaradır.

Uzun müddət oturaq vəziyyətdə olmaq kürək və boyun əzələlərinin yorulmasına və başın işçi səthə doğru əyilməsinə səbəb olur ki, buda görmə problemlərinin yaranmasıilə nəticələnir. Şagirdlər dərs zamanı ikinci 15 dəqiqənin tamamında yerlərini dəyişən zaman tavanda yerləşən universal simvollar sxemi vasitəsilə göz əzələlərinin idmanını həyata keçirirlər. Əlləri ilə nişan alaraq gözlərini oxlar istiqamətində sxem üzrə hərəkət etdirirlər Bu idman hərəkətləri gözdə yaranan funksional dəyişikliklərin qarşısını alır, görmə üzvündə yarana biləcək miopiyanın profilaktikası məqsədini daşıyır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər