Zəngilan rayonuna yeni prokuror təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunub və Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.
Kamran Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunub və Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.