20 Dekabr 2021 12:28
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parametrlərin, relyefin düzgün hesablanmaması, küləyin gücünün və istiqamətinin güzgün qiymətləndirilməməsi, pilotların yol verdiyi nöqsanlar helikopterin qəzaya uğramasını qaçılmaz edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov bildirib.

O qeyd edib ki, həyata keçirilmiş istintaq eksperimenti də qəzanın səbəblərini təsdiq edib və hər hansı digər səbəb istisna olunur. Belə ki, qəza zamanı helikopter dönüş manevri edib və sağa tərəf dönərkən küləyin gücü və istiqaməti uçuşun 17:17-ci saniyəsində helikopterin idarəetmədən çıxmasına səbəb olub.

Təlimatda helikopterin saniyədə yüklü halda 2-3 metr məsafə itirməli olduğu bildirilsə də, əldə edilmiş məlumatlar helikopterin enişdə olarkən saniyədə 7-8 metr məsafə itirdiyi və uçuşun 17:24-cü saniyəsində yerə çırpıldığı müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər