Baş Prokurorluq noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus olan Mİ-17-ni helikopterinin bort məlumatlarının qeydiyyatçısından ("qara qutu"dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrlərini açıqlayıb.
Teleqraf.com infrqrafik məlumatları təqdim edir.
"Məlumatların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub", - Baş Prokurorluqdan bildirilib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.