20 Dekabr 2021 18:26
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının bu günlərdə imzaladığı yeni fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin edib. Hesab edirəm ki, bu, prezidentin Azərbaycan xalqının, Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə hesablanmış növbəti bir uğurlu addımdır.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, yeni ildən tətbiq olunacaq islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək:

“Bu addım prezident tərəfindən bir daha hər bir Azərbaycan vətəndaşına qayğı və diqqətin olduğunu göstərir. Bir müddət bu qərar gözlənirdi, cəmiyyətdə müəyyən fikirlər var idi, reallıqlar öz əksini tapdı. Ciddi artımla minimum əməkhaqqının, pensiya və müavinətlərin artırıldığının bilavasitə şahidi olduq. Bu da göstərir ki, prezident Azərbaycan xalqının, rifahının, yaşayış səviyyəsini düşünür. Hər il bu məsələyə baxılaraq müavinətlər, təqaüdlərdə artımların olduğunun şahidi oluruq. Hesab edirəm ki, bu, vətəndaşların rifah halının yaxşılaşdırılmasına öz ciddi təsirini göstərəcək”.

“Bu gün dünyanın bir sıra ölkələrində müəyyən proseslər gedir. Zaman-zaman xaricdən gətirilən malların qiymətlərinin artımını müşahidə edirik. Hesab edirəm ki, bu, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Azərbaycan vətəndaşı növbəti ildə daha yaxşı yaşamaq imkanı əldə edəcək. Vətəndaşlarımız tərəfindən də bu addımlar çox yüksək qiymətləndirilib. Hesab edirəm ki, bu gün dövlət bu məsələlərlə bağlı öz prinsipial mövqeyini hər zaman olduğu kimi nümayiş etdirdi. Bu gün biz Qarabağda böyük quruculuq işlərinə başlamışıq. Onu da bərpa işlərinə böyük vəsait lazımdır. Bütün bunlara baxmayaraq, vətəndaşların təqaüd və pensiyaları artıb. Növbəti ildə daha çox maliyyəyə ehtiyac duyuruq. Burada söhbət növbəti ildəki quruculuq və abadlıq işlərindən gedir. Bu da bir daha onu göstərir ki, Qarabağ prioritet olmaqla yanaşı, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması da prioritet vacib bir məsələ kimi bu gün gündəmdə durur” – deyə o qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər