Oğlan uşağını saçına görə qız kimi təqdim edən müəllimin məsələsini araşdırdıq. Müəllim bildirdi ki, o, həqiqətən yanlış anlayıb, şagirdin qız olduğunu düşünüb. Müəllim sonradan o şagirddən üzr istəyib.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə də oxşar hadisələr baş verib: "Sadəcə sosial media olmadığı üçün üzə çıxmırdı bu hadisələr. Bu, düzgün hərəkət deyil. Ancaq reallıq budur ki, məsələdə müəllim həqiqətən günahkar olmayıb və şagirdi bilərəkdən qız kimi təqdim etməyib.
Bəzən mənim özüm də şəxslərin səsinə və ya görüntüsünə görə cinslərini qarışdıra bilirəm. Bu, normaldır. Bu məsələdə isə müəllimin yanındayam. İnanmıram ki, o, qəsdən belə hərəkətə yol verib".