Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvanın Təhsil Nazirliyinin tabeliyinə verilib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ali Məclisin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.